Hadisə

Məşhur yazar "Qarabağ"ı təhqir etdi: xəbər silindi - FOTO

21 Oktyabr 2017 11:27
27 Şərh     Baxış: 4 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin məşhur "Sabah" qəzetinin köşə yazarı Mövlud Tezel "Qarabağ" - "Atletiko" oyunundan sonra dünya mediasının diqqətini çəkən "ağdamlılar"ın azarkeşlərinin hazırladığı pankartı təhqir edib.

Yazarın "Futbol tarixinin ən kasıb, ən əzik, ən komik "koreografisi" bu olsa gərək. Olsun, yavaş-yavaş onlar da öyrənəcək futbol mədəniyyətini" ifadələrini işlətdiyi bu yazı qəzetin saytından çıxarılıb.

"Türk" yazarın təhqirəmiz yazısına Milliyyətçi Hərəkat Partiyasının liderlərindən olan, TBMM-nin sabiq millət vəkili Sinan Oğan tutarlı cavab verib:

""Qarabağ" ermənilərin işğalında olan bir Azərbaycan klubudur. Çətinliklə buraya qədər gəliblər. Hansı ağılla bu komandaya "Ezik" deyirsiniz? Bu halı ilə ən əzik deyil, ən "sempatik" azarkeşdir!

Mövlud Tezel millət vəkilinin tənqidindən sonra yazdığı "ezik" ifadəsinə görə sosial şəbəkə hesabından açıqlama verib: 

"İnsanların güləcəyi bir olayda milliyətçi siyasətimi aparırsınız?! Yazıda "ezik" A4 kağızla hazırlanan "koreografi"dir, "Qarabağ" deyil".

Maraq üçün bildirək ki, "Sabah" qəzetinin köşə yazarı Mövlud Tezel tez-tez erməni diasporasının fəaliyyətini öz yazılarında ön plana çıxarır.

Qeyd edək ki,  Twitter-də yazarın adına heştəq açılıb və orada türklər tərəfindən də yazar ciddi tənqid olunub.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.