Hadisə

Bakıda mənzildə, Beyləqanda anbarda yanğın olub

18 Oktyabr 2017 08:20
0 Şərh     Baxış: 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhəri və Beyləqan rayonunda yanğın hadisələri baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, şəhərin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 66 m² olan 3 otaqlı mənzilin eyvanında 3 m² sahədə məişət tullantıları yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Beyləqan rayonu, Şərq qəsəbəsində ümumi sahəsi 16 m² olan anbarın yanar konstruksiyaları və içərisində olan ərzaq və qarışıq mallar yanıb. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.