Hadisə

Avtomobil əvvəl səkiyə, sonra işıqfora çırpılıb aşdı - VİDEO - FOTO

17 Oktyabr 2017 13:14
0 Şərh     Baxış: 1 266
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nəsimi rayonu ərazisində avtomobilin aşması ilə nəticələnən yol qəzası olub.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə Hənifə Ələsgərov küçəsində qeydə alınıb.

22 yaşlı Nicat Kamilzadə idarə etdiyi "Toyota" markalı avtomobillə Tbilisi prospekti istiqamətində hərəkətdə olarkən, yolun təmir işləri gedən hissəsini görmədiyi üçün idarəetməni itirib və avtomobil aşaraq əvvəlcə səkiyə, ardınca isə işıqfora çırpılıb.

Nəticədə sürücü xəsarət almasa da, maşın deformasiyaya uğrayıb. Yol infrastrukturuna ciddi ziyan dəyib. Aşmış avtomobil Yol Patrul Xidməti əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İdarəetməni itirən avtomobil əvvəl səkiyə,  sonra işıqfora çırpılıb aşdı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.