Hadisə

Azərbaycanda bir ailənin 5 üzvü zəhərlənib

25 Sentyabr 2017 22:14
1 Şərh     Baxış: 1 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balakəndə bir ailənin 5 üzvü qidadan zəhərlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında Balakən rayonu Bedağar kənd sakinləri- 1953-cü il təvəllüdlü Xədicə Xelimohuma qızı Mollayeva, onun gəlinləri 1989-cu il təvəllüdlü Gülnar Ramiz qızı Süleymanova, 1984-cü il təvəllüdlü Aliyə Bəxtiyar qızı Osmanova və nəvələri 6 yaşlı Xumar Qasım qızı Mollayeva, 4 yaşlı Xəyalə Qasım qızı Mollayeva zəhərlənmə əlamətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar.

MRX-dan bildirilib ki, zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olan bir ailənin beş üzvündən, Xədicə Mollayeva, Gülnar Süleymanova və Aliyə Osmanova xəstəxananın qəbul şöbəsinə, azyaşlılar Xumar və Xəyalə Mollayeva isə uşaq şöbəsinə yerləşdiriliblər. Müayinə zamanı məlum olub ki, bir ailənin beş üzvü yaşadıqları ünvanda nahar yeməyində müxtəlif növ qidalar qəbul etdikdən bir qədər sonra onlarda zəhərlənmə əlamətləri büruzə verib.
 
Zəhərlənənlərin hamısına lazımi tibbi yardım göstərilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.