Hadisə

Bakıda motosiklet taksi ilə toqquşdu: yaralanan var - VİDEO - FOTO

22 Sentyabr 2017 13:18
0 Şərh     Baxış: 949
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda motosiklet taksi ilə toqquşub, xəsarət alan var.

Milli.Az report-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Əhməd Rəcəbli küçəsində iaşə obyektinə məxsus motosikleti idarə edən 1995-ci il təvəllüdlü Abdullayev Təbriz Əlibaba oğlu 90-RR-458 dövlət qeydiyyat nişanlı "Renault" markalı avtomobilin arxa hissəsinə çırpılıb. Nəticədə motosiklet aşıb və bayker ağır bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Minik avtomobilinin sürücüsü Şahin Şirinov report-a müsahibəsində bildirib ki, o, taksi fəaliyyəti ilə məşğul olur: "Yolun sağ zolağı hərəkət edirdim. Motosiklet isə sürərlə gələrək avtomobilimin arxasına çırpıldı".

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Deformasiyaya uğrayan motosiklet cərimə meydançasına yerləşdirilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda motosiklet taksi ilə toqquşub

Bakıda motosiklet taksi ilə toqquşdu: yaralanan var

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.