Hadisə

DİN: Yataqxanadakı yanğında 1 polis xəsarət alıb - YENİLƏNİB

22 Sentyabr 2017 15:41
4 Şərh     Baxış: 2 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:41

Bu gün saat 10 radələrində Yasamal rayonundakı yataqxanaların birinin 3-cü mərtəbəsində baş verən yanğın zamanı polis əməkdaşı xəsarət alıb.

Milli.Az bildirir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumları və polis əməkdaşları hadisə yerinə gəliblər. Yataqxanadakı sakinlərin yanğından xilas edilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlər görülüb.

Bina sakinlərinin təxliyyəsi zamanı yanğınsöndürənlərlə birlikdə olan Əlahiddə Çevik Polis Alayının manqa komandiri, polis baş serjantı Tural Əliyev tüstüdən zəhərlənərək 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib. Polis baş serjantı T.Əliyevə tibbi yardım göstərilib. Onun vəziyyəti normaldır, hal-hazırda həmin xəstəxanada müalicəsi davam etdirilir.

-----------
10:45

Yasamal rayonunda yataqxana binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ilkin məlumata əsasən, binanın üçüncü mərtəbəsində mənzildə 12 kv.m sahədə ev əşyaları yanıb.

Yanğın zamanı binadan 10 nəfər təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

----------

09:57

Yasamalda yataqxana yanır

Milli.Az-a daxil olan məlumata görə hazırda Yasamal rayonunda yerləşən yataqxana yanır. 5 mərtəbəli yataqxananın 3-cü mərtəbəsində qəfil baş verən yanğının hansı səbəbdən olduğu hələ bilinmir.

FHN-in əməkdaşları artıq hadisə baş verən ərazidədirlər.

Qeyd edək ki, bu, həmin yataqxanada baş verən ilk yanğın hadisəsi deyil. Bir neçə ay əvvəl də həmin yataqxanada yanğın baş vermişdi.

Əli Rəhimoğlu
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.