Hadisə

Gədəbəydə ikimərtəbəli ev yandı

20 Sentyabr 2017 20:36
0 Şərh     Baxış: 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gədəbəyin Çiçəkli kəndində ümumi sahəsi 260 kv.m olan ikimərtəbəli evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, 6 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın və dam örtüyünün yanar konstruksiyaları 130 kv.m sahədə, həyətyanı sahəyə yığılmış 5 ton ot bağlamasının 3 tonu yanıb.

Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.