Hadisə

Bərdədə zəncirvari yol qəzası: 1 nəfər öldü

20 Sentyabr 2017 13:05
0 Şərh     Baxış: 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Bakı küçəsində qeydə alınıb.

Belə ki, şəhərdaxili mikroavtobusla "Mercedes" markalı minik avtomobili toqquşub. İdarəetmədn çıxan "Mercedes" markalı avtomobil yolun kənarında dayanan "VAZ-21011" markalı avtomobilə arxadan çırpılıb.

Həmin vaxt  öz maşınının qabağ hissəsində dayanan "VAZ-21011" markalı avtomobilin sürücüsü, Kəlbəcər rayon sakini, 1956-cı il təvəllüdlü Arif Alı oğlu Niftaliyev öz maşının altında qalaraq ağır bədən xəsarətləri alıb. 
Yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırlsa da orada ölüb. 

Faktla bağlı araşdərmalara başlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.