Hadisə

Bakıda "Gazelli" zavodunda YANĞIN - VİDEO - FOTO - YENİLƏNİB

19 Sentyabr 2017 17:09
0 Şərh     Baxış: 3 471
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:09

Milli.Az Trend-ə istinadən bildirir ki, yanğın artıq söndürülüb. FNH-dən verilən məlumata görə, hazırda yanmış ərazinin söküntüsü aparılır.

"Gazelli Group"un İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı "Report"a açıqlamasında bildirib ki, təxminən, 1 saat əvvəl şirkətə məxsus anbarların birində qısaqapanma baş verib. Yanğının qarşısı tez bir zamanda alınıb: "Nəticədə insanların səhhətinə və anbarda saxlanılan məhsullara ziyan dəyməsinin qarşısı alınıb".

Şöbə müdirinin sözlərinə görə, yanğın nəticəsində insanların xəsarət alması barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir.

---------

16:52

Bakıda "Gazelli" kosmetika zavodunda güclü yanğın baş verib.

Milli.Az bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, yanğın Xəzər rayonunun Şüvəlan qəsəbəsində adıçəkilən zavodun anbarında baş verib.

Nazirlikdən bildiriblər ki, artıq 1 saatdan çoxdur ki, yanğın davam edir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xeyli sayda canlı qüvvə və texnikaları cəlb edilib.

Hadisə nəticəsində xəsarət alanlar barədə hələ məlumat yoxdur.

Yanğının söndürülməsilə bağlı tədbirlər davam etdirilir.

Milli.Az bildirir ki, hadisə şahidlərinin baku.ws-ə verdiyi məlumata görə, yanğın nəticəsində kimyəvi maddənin kəskin qoxusu ətrafa yayılıb. Nəticədə bir neçə nəfərin vəziyyəti pisləşib. 

Qeyd edək ki, 1999-cu ildə tibb elmləri namizədi Zərifə Həmzəyeva ilə təsis edilmiş Gazelli Group MMC Azərbaycanda yeganə təbii bioloji komponentlər əsasında kosmetik məhsulları istehsal edən kompaniyadır. Gazelli Group kompaniyasına: Gazelli Şüvəlan, "Sheraton" otelində yerləşən Gazelli SPA &Wellness və yeni formatlı gözəllik və sağlamlıq mərkəzi olan Gazelli Evi, Buta və Aroma kosmetik brendləri daxildir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.