Hadisə

Güclü külək Zaqatalada ciddi problemlər yaratdı - FOTO

12 Sentyabr 2017 14:42
0 Şərh     Baxış: 1 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Güclü külək Zaqatalanın bir sıra kəndlərində fəsadlar törədib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, sentyabrın 11-i axşam saat 21 radələrindən başlayaraq sentyabrın 12-nə keçən gecəyə qədər Zaqatala rayon ərazisində qeyri-sabit hava şəraiti hökm sürüb.

Rayonun 3-cü Tala, Muğanlı və Yolayrıc kəndlərində qısamüddətli güclü küləklə müşayiət edilən leysan yağıb. Güclü külək nəticəsində Yolayrıc kəndində bir neçə evin, 20-dən çox tövlə və talvarın dam örtüyü uçub, ağaclar yıxılıb, elektrik dirəkləri və naqillərə zərər dəyib.

Nəticədə rayonun bəzi ərazilərində elektrik enerjisi verilişində fasilələr yaranıb. Hazırda kənd sakinləri və aidiyyatı qurumlar fəsadların aradan qaldırılması ilə məşğuldur.

Zaqatala Paylayıcı Elektrik Şəbəkəsindən bildirilib ki, yaxın saatlarda bu ərazilərdə elektrik enerjisi verilişi tam bərpa ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.