Hadisə

Quş təyyarəyə çırpıldı - Bakıdan İstanbula uçan təyyarə eniş edə bilmədi

10 Sentyabr 2017 15:53
0 Şərh     Baxış: 9 253
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Hava Yollarının 673 nömrəli Mombasa-İstanbul reysinin uçuşu zamanı gözlənilməz hadisə baş verib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, Atatürk Hava Limanına enən təyyarə havada qəzaya uğrayıb.

Boeing 737-900 təyyarəsinin qadın pilotu qülləyə xəbərdarlıq edib ki, qağayı təyyarəyə çırpılıb. THY pilotu qülləyə bildirib ki, quşun ölüsü eniş zolağında ola bilər.

Bu xəbərdarlıqdan sonra Bakı-İstanbul, Riyad-İstanbul və Kopenhagen-İstanbul reysləri həyata keçirən təyyarələr eniş edə bilməyib.

Hadisə yerli vaxtla saat 10:30-da baş verib. Hadisədən sonra vəziyyəti müəyyənləşdirən qüllə təyyarələrə enişə icazə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.