Hadisə

Toyu olacaq 17 yaşlı qızı anası hində asılmış vəziyyətdə tapdı - YENİLƏNİB

10 Sentyabr 2017 12:28
102 Şərh     Baxış: 14 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:28

Dünən Saatlı rayonunun Musalı kəndində 17 yaşlı qızın intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Milli.Az-ın lent.az-a istinadən məlumatına görə, özünü asaraq intihar edən 17 yaşlı Minarə Səmədova nişanlı olub. Ailə üzvləri bildiriblər ki, qız öz istəyi ilə, heç bir kənar təsir olmadan nişanlanıbmış və bu yaxınlarda toyun keçirilməsi nəzərdə tutulubmuş.
 
Bildirilir ki, ailədə maddi baxımdan da ciddi problem olmayıb. 17 yaşlı Minarənin əsəbi halda, bir anlıq qərarla özünü asdığı məlum olub.
 
Qeyd edək ki, hadisənin baş verdiyi Səmədovlar ailəsinin 5 övladı var. Ailənin 3-cü qız övladı olan Minarə Səmədova özünü hində asıb və onun asılı vəziyyətdə qalmış meyitini anası tapıb.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

----------

11:00

Saatlıda intihar hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Musalı kəndində qeydə alınıb.

Kənd sakini, 17 yaşlı Minarə Yaşar qızı Səmədova həyətyanı sahədəki tikilidə özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.