Hadisə

Toya hazırlaşan nişanlı cütlük dənizə getdi, qız boğuldu - FOTO

5 Sentyabr 2017 11:39
133 Şərh     Baxış: 15 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər dənizində batmış 27 yaşlı qızın nişanlı olması məlum olub.

Milli.Az report-a istinadən xəbər verir ki, nişanlı cütlük - Qax sakinləri 27 yaşlı Arzu Hacızərova və 30 yaşlı Rahib Məmmədov dünən dənizdə çimmək üçün Şüvəlan çimərliyinə gediblər.

A.Hacızərova güclü dalğalar səbəbindən dənizdə batıb, R.Məmmədovu isə dalğalar sahilə atıb. R.Məmmədov müxtəlif bədən xəsarətləri alsa da sağ qalıb.

Qax sakinlərinin verdiyi məlumata görə, bir ay əvvəl onların nişan mərasimi olub. Yaxın vaxtlarda cütlüyün toy mərasimi olacaqdı. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.