Hadisə

Göyçayda 10 hektar ərazi yanıb - VİDEO - FOTO

23 Avqust 2017 20:56
1 Şərh     Baxış: 1 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçay rayonunda böyük ərazidə baş verən yanğın hadisəsi qeydə alınıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Göyçay və Ağdaş rayonları arasındakı dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN -nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın yüksək dağlıq ərazidə baş verdiyi üçün əl əməyindən daha çox istifadə olunub. Alov söndürülüb.

Hadisə zamanı 10 hektar sahədə quru ot, kol-kos yanıb.

Yanğınsöndürənlər alovun "Türyançay" Dövlət Təbiət Qoruğunun meşə sahəsinə keçməsinin qarşısını alıblar. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Göyçayda 10 hektar ərazi yanıb

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.