Hadisə

Dəhşətli yanğın çəkiliş zamanı müxbirə çətin anlar yaşatdı - VİDEO - FOTO

23 Avqust 2017 20:29
1 Şərh     Baxış: 2 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biçindən sonra taxıl zəmilərinin yandırılması Şəkidə hektarlarla ərazini külə çevirib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, yanğın barədə məlumat Şəki Dövlət Yanğından Mühafizə Hissəsinə səhər 11:00 radələrində daxil olsa da, yanğının ötən gündən başladığı ehtimal edilir.

Yanğının qarşısını almaq üçün Qax rayonundan da kömək çağırılıb. Hektarlarla ərazini külə çevirən yanğın çəkiliş qrupumuzun işini çətinləşdirib.

Yanğının məhsuldarlığın artırılması üçün biçindən sonra taxıl sahələrinin yandırılması səbəbindən baş verməsi ehtimal olunur. Mütəxəssislər isə sahənin yandırılmasının məhsuldarlığın artırılmasına müsbət təsir etmədiyini, əksinə böyük ziyanı vurduğunu bildirir. Bu cür yanğınların qarşısı alınmalı, onların geniş yayılmaması üçün lazımi tədbirlər görülməlidir. Taxıl zəmilərinin yanması təkcə sahibkarlara yox, ekologiyaya da zərbədir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dəhşətli yanğın çəkiliş zamanı ARB TV əməkdaşlarına çətin anlar yaşatdı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.