Hadisə

Ağsu dağlarında yanğın - 3 rayonun yanğınsöndürənləri cəlb edildi

23 Avqust 2017 17:30
Baxış: 1 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağsu rayonunda yanğın başlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, yanğın bu gün saat 14:00 radələrində Ağsunun Nöydü kəndi ərazisindəki yüksək dağlıq ərazidə qeydə alınıb.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağsu, İsmayıllı, Kürdəmir və Şamaxı rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən avtomobilləri və canlı qüvvələri cəlb olunub.
 
Yanğın dağlıq ərazidə baş verdiyi üçün hadisə yerinə yanğınsöndürən avtomobillərin cəlb edilməsi mümkün olmayıb. Yanğının əllə söndürülməsi üçün iş aparılır. Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi baş verdiyi hələ ki, məlum deyil.
 
Bundan başqa, Ağsunun Kalva kəndi ərazisindəki yüksək dağlıq ərazidə kol-kos və quru ot sahəsi yanır. Yanğının söndürülməsi üçün əraziyə Ağsu Dövlət Yanğından Mühafizə Hissəsinin işçiləri cəlb olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.