Hadisə

FHN-in helikopteri Gürcüstanda meşə yanğınlarının söndürülməsi əməliyyatına qoşuldu - FOTO

22 Avqust 2017 11:42
0 Şərh     Baxış: 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopteri Gürcüstanda meşə yanğınlarının söndürülməsi əməliyyatına qoşulub.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, avqustun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

Nazirlyin Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş "Ka-32A" helikopteri avqustun 22-də saat 06:30 radələrindən Samtsxe-Cavaxetiya bölgəsində kəşfiyyat uçuşlarına başlayıb və 06:40 radələrindən yanğının söndürülməsi əməliyyatına qoşulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.