Hadisə

Bakı-Astana reysini yerinə yetirən təyyarə geri dönməli oldu

21 Avqust 2017 18:02
0 Şərh     Baxış: 1 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün saat 12:50 radələrində Bakı-Astana reysini yerinə yetirən Qazaxıstanın "Air Astana" aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan 2,5 saat sonra yenidən Bakı hava limanına qayıtmalı olub.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisəyə səbəb təyyarədə yaranan texniki problemlər olub.

Xəzər dənizi üzərində 2 saatdan artıq uçuşdan sonra təyyarə texniki çətinliklə əlaqədar Bakıya geri dönməli olub. Aviareysin bu axşam saat 21:30-da yenidən yerinə yetirilməsi nəzərdə tutulub", - deyə nümayəndəlikdən bildirilib.

Qeyd edək ki, bu reysin sərnişinlərinin əksəriyyəti Almatı üzərindən Astanaya getməyi planlaşdırırdılar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.