Hadisə

"Zəng gəldi ki, yanıb" - 4 otaqlı ev kül oldu - VİDEO - FOTO

19 Avqust 2017 17:46
0 Şərh     Baxış: 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün saat 16:20 radələrində Zaqatala rayonunun Höytala kəndində kənd sakini Əhməd Məhəmməd oğlu Qabaçova məxsus, ümumi sahəsi 100 kv/m olan birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ramazan Qabaçov - Ev sahibi: "Biz evdə olmamışıq. Zəng gəldi ki, ev yanıb. Gəlib baxdıq ki, ev yanıb təmiz. Yanğınsöndürənlər gec gəlsələr də gəldilər. Yol da uzaqdı. Heç bir şey çıxara bilmədik. Uşaqlar yaxşı ki, evdə olmayıb".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Zəng gəldi ki, yanıb" - Zaqatalada 4 otaqlı ev kül oldu

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.