Hadisə

Avtomobilin vurduğu 12 yaşlı oğlan xəstəxanada ölüb

18 Avqust 2017 08:30
0 Şərh     Baxış: 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində avtomobillə vurulan piyada reanimasiya şöbəsində ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax yolunun Hacıqabul rayonu Nəvahi qəsəbəsindən keçən hissəsində 2005-ci il təvəllüdlü Ağamalıyev Ramil Rəfayət oğlu Bakı şəhər sakini, Elmar Cəbrinin idarə etdiyi "Tavriya" markalı "10 LH 551" dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulub. Ağır xəsarətlər alan yaralı uşaq Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və həkimlərin səyinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.