Hadisə

Qazaxda tövlə mal-qarayla birlikdə yandı - VİDEO - FOTO

17 Avqust 2017 13:40
0 Şərh     Baxış: 1 224
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxda tövlə yanıb, içindəki iribuynuzlu heyvan isə tələf olub.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Kosalar kəndində Tarzan Hüseynova məxsus təsərrüfatda yaranan qəfil alovun miqyası tezliklə böyüyüb.

Hadisə yerinə dərhal FHN-nin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülsə də, tövləyə ciddi ziyan dəyib. Bir baş iribuynuzlu tüstüdən boğularaq tələf olub. Həmçinin yaxınlıqdakı 5 ton ot bağlaması yanaraq külə dönüb.

Hadisənin səbəbləri araşdırılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qazaxda tövlə mal-qarayla birlikdə yandı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.