Hadisə

Azərbaycanda yol qəzasında ana və qızı xəsarət alıb

16 Avqust 2017 21:30
0 Şərh     Baxış: 1 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Milli.Az report.az-a istinadən bildirir ki, qəza Bakı-Qazax avtomobil yolunun Yevlax şəhər ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Yevlax Şəhər Mərkəzi Xəstəxanasının yaxınlığında "Opel" markalı minik avtomobili ilə "KamAZ" markalı yük maşını toqquşub. Nəticədə "Opel"dəki sərnişinlər - Bakı şəhər sakinləri, 1967-ci il təvəllüdlü Zibeydə Ramazan qızı Ağayeva və onun qızı, 1994-cü il təvəllüdlü Lalə Həsən qızı Ağayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı xəstəxanaya çatdırılıb və onlara həkimlər tərəfindən tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

"Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.