Hadisə

Masallıda baş verən dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ - VİDEO - FOTO - YENİLƏNİB

17 Avqust 2017 20:14
1 Şərh     Baxış: 7 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:14

Masallıda ağır yol qəzası olub.

Milli.Az ARB TV-yə istinadən  xəbər verir ki, Lənkərandan yas mərasimindən qayıdan paytaxt sakinləri yolda ağır qəzaya düşüblər. Hadisə Ələt-Astara yolunun Masallı rayonunun Alvadı kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 52 yaşlı Nazim Əkbər oğlu Həsənov idarə etdiyi "Toyota Prado" markalı avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişinlər - 49 yaşlı Aidə Həsənova və Afər Əmrahov aldıqları xəsarətdən dünyasını dəyişiblər.

Avtomobilin sürücüsü və digər sərnişin Həsənov Zamiq xəsarətlə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır.

16.08.2017

19:11

Masallıda ağır yol qəzası olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun Masallı rayonunun Alvadı kəndindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Nazim Əkbər oğlu Həsənov idarə etdiyi "Toyota Prado" markalı avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişinlər - 1968-ci il təvəllüdlü Aidə Həsənova və Afər Əmrahov aldıqları xəsarətdən dünyasını dəyişiblər.

Avtomobilin sürücüsü və digər sərnişin Həsənov Zamiq Rafiq oğlu xəsarətlə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
Onu da qeyd edək ki, avtomobildəki şəxslər Bakıdan Lənkərana yas mərasimində iştirak etmək üçün gediblər. Hadisə onlar yas mərasimindən qayıdan zaman baş verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Masallıda ağır qəza

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.