Hadisə

"Keşikçidağ"da silah-sursat tapıldı - FOTO

16 Avqust 2017 18:16
0 Şərh     Baxış: 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda sərhəd zastavasının ərazisində silah-sursat tapılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Milli.Az-a verilən məlumata görə, Azərbaycanın sərhəd təhlükəsizliyinin təmin edilməsi, dövlət sərhədindən terror-təxribat fəaliyyətinin qarşısının alınması istiqamətində Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə əməliyyat-axtarış tədbiri həyata keçirilib.

"Şəmkir" sərhəd dəstəsinin "Keşikçidağ" sərhəd zastavasının xidməti ərazisində gizlədilmiş halda istifadəyə yararlı olan 1 ədəd "Naqan" tipli tapança, 2 ədəd siqnal tapançası, avtomat daraqları, külli miqdarda patron və digər hərbi sursat aşkar edilərək götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.