Hadisə

Bakıya gələn ərəb turistlərin sərgüzəştləri - VİDEO

14 Avqust 2017 13:34
5 Şərh     Baxış: 4 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənc rejissor Tofiq Teymuroğlu yeni sosial çarx çəkib.
 
Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, sosial çarxda Bakıya gələn turistlər haqda bəhs edilir.
 
Videoda turistlərə ölkəyə gəlmədən öncə ölkəmiz haqda məlumat əldə etmələri və ənənələrimizə hörmət etmələri tövsiyə edilir.
 
Rejissor özü bu sosial çarx haqda deyib: "Ölkəmizə axın edən ərəb turistlərinin ölkəyə gəlişi, turizmin və iqtisadiyyatın güclənməsinə səbəb olmaqla yanaşı bəzən onlara xidmət göstərən xidmət sektorunun və əhalinin narazıçılığına səbəb olur. Bu məqsədlə "Kral qrup" da reklam çarxını sifariş edərkən hər bir qonağın ölkəmizə gəlməmişdən öncə xalqımıza sayğı və hörmət qoyması gərəkdiyini vurğulamağımızı istədik. Eyni zamanda, xaricilərin Azərbaycandan örnək götürməli olduğu bir çox mədəni xüsusiyyətləri olmasını dünyaya çatdırmaq istədik. İnanıram ki, bu çarxı Bakıya gələn turistlər izləyəcək və bundan nəticə çıxaracaq".

Qeyd edək ki, sosial çarx "Kral Group"un təşkilatçılığı ilə çəkilib. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıya gələn ərəb turistlərin sərgüzəştləri

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.