Hadisə

Xudatda maşın divara çırpıldı: bir qardaş öldü, digəri yaralandı

13 Avqust 2017 11:49
1 Şərh     Baxış: 1 123

Bu gün şəhər saatlarında Xudatın Müqtədir qəsəbəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, "VAZ 2107" markalı avtomaşın yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində maşında olan Xaçmaz rayon sakinləri, 1992-ci il təvəllüdlü Elvin Yusifov, onun qardaşı 1987-ci il təvəllüdlü Elbrus Yusifov və 30 yaşlı İlqar İmaməliyev müxtəlif dərəcəli xəsarətlər alıb. Həkimlərin səyinə baxmayaraq Elvinin həyatını xilas etmək mümkün olmayıb. Digər iki şəxsin müalicəsi isə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Şərh yaz:

1 Şərh:

  • Anonim
    off · 13 Avqust 13:0900

    yavaw surun de bu zibili

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.