Hadisə

Yanacaqdoldurma məntəqəsinin işçiləri döyüldülər

13 Avqust 2017 10:24
1 Şərh     Baxış: 1 974

Salyan rayonunda yanacaqdoldurma məntəqəsinin 3 işçisi döyülüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara magistral yolu üzərindəki yanacaqdolduma məntəqələrinin birində qeydə alınıb.

Rayonun Qırxçıraq kənd sakini, 24 yaşlı operator Zamiq Raqib oğlu Nəbiyev iş başında ikən tanımadığı avtomobilin sürücüsü onunla zarafatlar edib. Nəticədə tərəflər arasında mübahisə yaranıb və avtomobildə olan 5 nəfər Zamiq Nəbiyevi və onun daha iki iş yoldaşını döyərək ərazidən uzaqlaşıblar.

Zamiq Nəbiyev ağır bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

İşçiləri döymüş şəxslər isə polis tərəfindən yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Milli.az a · 13 Avqust 11:1610

    Mende salyannanam bunun adında yazında hansı yanacağ doldurmadı bilerdiy

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.