Hadisə

Azərbaycanda yol polisi hamilə qadın və övladını xilas etdi - VİDEO - FOTO

12 Avqust 2017 15:11
16 Şərh     Baxış: 7 445

Hamilə qadın övladı ilə son anda xilas edildi.

Milli.Az ARB 24-ə istinadən xəbər verir ki, Şəmkirdə yol polisləri ana və yeni doğulacaq körpəsini ölümdən xilas ediblər.

Tovuz rayon sakini Nizami Vəliyev hamilə gəlinini Gəncəyə apararkən yolda onun halının pisləşdiyini görür. Həyəcandan avtomobili idarə edə bilməyən sürücü Şəmkir postunda yol polisindən köməklik istəyir.

Hamilə qadını xəstəxanaya çatıran Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Xəyal Məmmədov uşağın dünyaya sağlam gəlməsinə görə sevincli olduğunu deyir. Artıq dünyaya gələn qız uşağına qoyulacaq ad da bəllidir. Körpəyə köməklik göstərən polis əməkdaşı Xəyalın şərəfinə Xəyalə adı qoyulacaq.

Abbas Səhhət adına 1 nömrəli xəstəxanadan bildirilib ki, hamilə qadın bir neçə dəqiqə də gec çatdırılsa idi onların həyatı üçün təhlükə ola bilərdi.

Hazırda isə ana və övladının vəziyyəti yaxşıdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda yol polisi hamilə qadın və övladını xilas etdi - FOTO

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

16 Şərh:

  • Anonim
    Siyezen.G · 12 Avqust 15:2110

    Halal olsun Azerbaycan polisine

    Cavab yaz
  • Anonim
    Deniz · 12 Avqust 15:4720

    Halal olsun.Esl insan,esl polis.

    Cavab yaz
  • Anonim
    Efqan · 12 Avqust 15:5532

    ) ) ) menim üçün gülmelidi şexsen . Uşagin adini Xeyale qoyublar . Yaxşiki uygunlaşdira bilibler )

    Cavab yaz
  • Anonim
    Aydlndl · 12 Avqust 15:5541

    Allah saxlasln,atali anali boyusun/Xeyal sen qardawsan qardaw.

    Cavab yaz
  • Anonim
    sənan m · 12 Avqust 16:0610

    eşg olsun Azəri igidinə

    Cavab yaz
  • Anonim
    sənan m · 12 Avqust 16:0610

    eşg olsun azəri igidinə

    Cavab yaz
  • Anonim
    ana · 12 Avqust 16:2220

    Sag olsun halal olsun

    Cavab yaz
  • Anonim
    Dünya · 12 Avqust 16:2550

    Caan Allah saxlasın balaca qızı Sağ olsun o polis Esl Azerbaycan polisi

    Cavab yaz
  • Anonim
    Filiz · 12 Avqust 16:5030

    hallaLdir

    Cavab yaz
  • Anonim
    Əli · 12 Avqust 18:2520

    Allah min əvəzini versin sənə qardaş! Eşq olsun belə polislərimizə!!!! Mükafatlandırmaq lazımdır.

    Cavab yaz
  • Anonim
    Roma · 12 Avqust 18:5421

    Ne boyudulub bu mesele . Guya ne boyuk is gorubki . Her adam bunu ederdi . Deseydiler ki canavarin gabagina cixib oldurub , deyerdim he .

    Cavab yaz
  • Anonim
    peri · 12 Avqust 19:2710

    Niyeki getmeyede bilerfi ya deyerdi iw vaxti cixa bilmerem ya deyerdi ki ozunu yaxwi huss etmirem cox sag olsunki gedib.bezi insanlar coxxx xayindilar bawqalarinin ugurunu hezm ede bilmirirler .

    Cavab yaz
  • Anonim
    Mahir · 13 Avqust 08:2000

    Azəebaycan Polisi Azərbaycan xalqina xidmət edir burda qeyri adi ne yoxdu lazim olanı edibler

    Cavab yaz
  • Anonim
    cavab · 13 Avqust 08:4810

    inanirsiniz, bele hdiseleri gorende adam qurur hissi kecirir ,sevinc goz yaslari yaranir Sevinirem ki insanlia itmeyib,var

    Cavab yaz
  • Anonim
    fotoqraf · 13 Avqust 09:0310

    fexr sizin kimilerle

    Cavab yaz
  • Anonim
    fotoqraf · 13 Avqust 09:0310

    fexr edirik sizinle

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.