Hadisə

"Sınıq Körpü" gömrük postunda sıxlıq aradan qaldırıldı - YENİLƏNİB - VİDEO - FOTO

12 Avqust 2017 14:34
8 Şərh     Baxış: 2 125

14:34

Azərbaycan-Gürcüstan sərhədində yaranan sıxlıq tam aradan qaldırılıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, görülən müvafiq tədbirlər nəticəsində qısa zaman kəsiyində gömrük postunda sıxlıq tam aradan qaldırılıb.

Hazırda Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" sərhəd-gömrük keçid məntəqəsi normal iş rejimində fəaliyyət göstərir.

-----------

10:24

Bu dəqiqələrdə Azərbaycan-Gürcüstan sərhədində bir neçə kilometrlik tıxac yaranıb.

Milli.Az bildirir ki, bu barədə bakupost.az-a sərhəddə gözləyən Azərbaycan vətəndaşları məlumat verib. Onlar bildiriblər ki, səhər saatlarından bu vaxta kimi Qırmızı körpüdə növbədə dayanıblar.

Buna səbəb kimi Azərbaycan tərəfinin nəzarət buraxılış məntəqəsində bitib-tükənməyən yoxlamalar, əməkdaşların ləng fəaliyyəti göstərilir. Gürcüstana dincəlməyə gedən əhali istirahət həvəsinin burunlarından gəldiyini bildirir:

"Qadın, uşaq, hamı səhərdən tıxacda oturub. Gürcüstan tərəfi bizdəki bu qədər yoxlamalara və növbəyə gülür. İnsanlara əzab verirlər. Yük daşıyan "Qazel"lər üçün orta yol var. Gəlib rahat keçirlər. İstirahətə öz avtomobili ilə gedənləri isə belə zülmə düçar edirlər. Yoxlamalarına bir şey demirik, qanun belə deyirsə, olsun. Amma ya işçinin sayını artırsınlar, ya da başqa bir yol düşünsünlər. Belə olmaz axı..."

Qeyd edək ki, Gürcüstan sərhəddində belə anormal, dözülməz vəziyyətə tez-tez rast gəlinir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Gürcüstan sərhədində böyük tıxac -

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Abbas · 12 Avqust 10:3130

    Kim ne deyer bizde olan tamaha

    Cavab yaz
  • Anonim
    cavid · 12 Avqust 10:4550

    mən də axırıncı dəfə 2013-cü ildə Qırmızı körpü keçid məntəqəsində olmuşam və həyata nifrət eləmişəm. o gündən bu tərəfə ayağımı basmamışam ora.biz sərhəd məntəqisində çox incidirlər əhalini. iki üç dənə də dil bilməz əsgəri qoyurlar ki guya nəzarət etsinlər.

    Cavab yaz
  • Anonim
    BAKI · 12 Avqust 10:5130

    Rusvet imkan verse isdeyeceyler

    Cavab yaz
  • Anonim
    Daxili Turist · 12 Avqust 11:4231

    Guya o biri sərhədlərdə belə deyil ? Özümüz-özümüzə hər sahədə necə hörmət qoyuruqsa,qonşularımız da bunu görüb daha da ikiqat hörmətsizlik edirlər. Milli marifləndirmə və ümumi milli hüquqlar və sairə....

    Cavab yaz
  • Anonim
    Azerbaycanli · 12 Avqust 12:0813

    Gurcustana nije gedirsiz axi?gul kimi Azerbaycan ola ola,

    Cavab yaz
  • Anonim
    Get Sonra Gələrsən ! · 12 Avqust 12:2310

    Belə şeylər di ki, vətən sevgisinə,milliliyə zərbə vurur.

    Cavab yaz
  • Anonim
    Azerbaycanli-ya · 12 Avqust 12:3510

    Qiymətlər !!!. Bu yaxınlarda qonağım gəlmişdı. Apardım siz yazdığınız gözəl bir məkana. Oturub adama şışdə bişmiş 2 adamlıq ət sıfarış edəndə,qiymət soruşdum və bizi tər basdı. Qayidıb yolda yeməyə razılaşdıq.Duzdü qiymət bir az aşağı oldu.Amma tikələrı o qədər kiçildmişdilər ki,bizi üzdə gülmək,içimizdə ağlamaq tutdu. Dedim a bala bu niyə belədi.Dedi dayı ət bahalaşıb daa.. Ehhh doğma vətən !!!

    Cavab yaz
  • Anonim
    Oxucu · 12 Avqust 14:4220

    Bize bir Gurculer gulmur, avropalilarda gulur. Deyirler, siz neye gore oz dilinizde danishmirsiz? Gomrukde, eledi, zulm verirler bizlere. Xaricde oz vetendashlarina hormet ve gaygi gormushem, bizde ise Bakiya gonag gelenlere.Yagin, anladiz

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.