Hadisə

Ukraynanın kurortunda azərbaycanlılar arasında kütləvi zəhərlənmə

7 Avqust 2017 11:40
1 Şərh     Baxış: 1 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Truskavets kurort şəhərinində azərbaycanlılar arasında kütləvi zəhərlənmə olub.

Artıq bir neçə gündür ki, dincələnlərin əksəriyyətinin azərbaycanlılar təşkil etdiyi "Lesnaya pesnya" (Lisova Pisnya) sanatoriyasında 15-ə yaxın azərbaycanlı zəhərlənib.

Milli.Az xəbər verir ki, bu barədə virtualaz.org-a sanatoriyadakı azərbaycanlılar məlumat veriblər. Onların sözlərinə görə, zəhərlənənlərdə qusma, baş və mədə ağrıları, temperaturun yüksəlməsi, halsızlıq müşahidə olunur.

Sanatoriya rəhbərliyindən isə zəhərlənmənin səbəbi ilə bağlı açıqlama verən yoxdur: "Zəhərlənənlərdən biri İntiqam Qocayevdir. Gecə üç dəfə təcili yardım çağırılıb, hər dəfə iynə vurublar. Elə onunla birlikdə dincələn qardaşı da zəhərlənib. Bundan başqa, bir ailənin 4 üzvü zəhərlənib, onların da vəziyyətləri ağırdır. Ümumilikdə, 15-ə yaxın zəhərlənən var. Azərbaycanlıların çoxu da turizm şirkətləri vasitəsilə gələnlərdir. Heç olmasa, bundan sonra bu otelə göndəriş verməsinlər", - mənbə qeyd edir.

"Axşam temperaturum qalxdı, özümü pis hiss edirdim. Sanatoriyanın həkiminə yaxınlaşdım, düşünürdüm ki, yəqin, soyuqdəymədir. Amma həkim dedi ki, zəhərlənmisən. Həm də dedi ki, sən zəhərlənmə ilə bağlı müraciət edən ilk şəxs deyilsən. Mənə iynə vurdular, zəhərlənməyimlə bağlı ərizəyə qol çəkdirdilər. Amma zəhərlənmənin hansı səbəbdən baş verməsilə bağlı heç nə demədilər", - Elçin Əliyev bildirir.

Sanatoriyada zəhərlənənlərin, demək olar ki, hamısı azərbaycanlılardır. Zəhərlənmənin hansı səbəbdən baş verdiyi bilinmir. Orada istirahət edənlər ümumiyyətlə qidaların köhnə olduğunu bildirirlər. Zəhərlənənlər bunun sudan və ya iki gün öncə verilən balıqdan olmasını ehtimal edirlər.

Həm də bu istirahət mərkəzində ilk belə zəhərlənmə halının olmadığı qeyd olunur. Ötən həftə də eyni hal qeydə alınıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.