Hadisə

WhatsApp fişinq hücumuna məruz qaldı

3 Avqust 2017 09:49
0 Şərh     Baxış: 1 141
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WhatsApp" messenceri fişinq hücumuna məruz qalıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "ESET" antivirus şirkətinin ekspertlərinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, dələduzlar servisə abunənin vaxtının bitdiyi barədə bildiriş göndərir və onun uzadılmasını təklif edirlər. İstifadəçi buna razılıq verdiyi halda onların ödəniş məlumatları ələ keçirilir.
 
"Fişinq hücumunun potensial qurbanı elektron poçt vasitəsilə guya "WhatsApp"ın inzibatçılarından xəbərdarlıq məktubu alır. Məktubda qeyd edilir ki, sınaq müddəti başa çatıb və abunənin müddətini uzatmaq üçün qeyd edilən linkdən keçmək və ödəniş etmək lazımdır. Beləliklə, bank kartları barədə məlumatlar dələduzların əlinə keçir", - məlumatda bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.