Hadisə

7 otaqlı ev yanıb

26 İyul 2017 07:52
0 Şərh     Baxış: 429
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kürdəmir rayonu, Xirdapay kəndində vətəndaşa məxsus (bir-birinə bitişik tikilmiş tikililər) ümumi sahəsi 300 m2 olan ikimərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları, ümumi sahəsi 120 m2 olan talvarın yanar konstruksiyaları, talvarın altına yığılan 20 ton ot bağlaması, ümumi sahəsi 80 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə və yaxınlıqda dayanan "QAZ" markalı yük avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, tövlənin qalan hissəsi, yaxınlıqda olan tikililər və qonşu evlər yanğından mühafizə olunub.

Yanğın saat 22:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.