Hadisə

Azərbaycanda turistlərin valyuta dəyişməsində problemlər var?

25 İyul 2017 12:51
Baxış: 1 233
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu gün Azərbaycanda turistlərin valyuta dəyişməsi ilə bağlı heç bir problem yoxdur".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, bir müddət əvvəl turistlər, xüsusilə iranlı turistlər üçün belə bir problem var idi: "Lakin problem aradan qalxıb. Artıq turistlər üçün hotellərdə valyutadəyişmə terminalları quraşdırılıb".

N.Bağırov deyib ki, bu gün hotellər yalnız xidmət səviyyəsini qaldırmayıblar, həm də xidmətlərinin növlərini artırıblar: "Turistlərin çoxlu sualları olur. Onları hara səfər etməklə bağlı məlumatlar maraqlandırır. Artıq hotellərin qeydiyyat şöbələrində turistlərin məlumatlılıq səviyyəsini qaldırmaq üçün daha çox broşürlər qoyulur".

N.Bağırov hotellərdə yerləşən turistlər üçün turların təşkil olunması imkanlarının da artdığını söyləyib.

Hotellərin özlərinin ekskursiya proqramlarının olduğunu deyən N.Bağırov qeyd edib ki, bəzən müştəri başqa tur sifariş etmək istədikdə hotel nümayəndələri turizm şirkəti ilə əlaqə saxlayaraq, həmin turistlər üçün bu imkanları yaradırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.