Hadisə

7 yaşlı uşağı it dişləyib

24 İyul 2017 21:25
0 Şərh     Baxış: 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdamda 7 yaşlı uşağı it dişləyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əfətli kəndində baş verib.

7 yaşlı İsmayılov Qaçay İlkin oğlu yaşadığı evin həyətində itin hücumuna məruz qalıb.
 
Nəticədə Q.İsmayılov alın, kürək və sağ bazunun arxa nahiyəsində deşilmiş və dişlənmiş xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 
Xəstəxanadan verilən məlumata görə, Q.İsmayılova quduzluğa qarşı vaksin vurularaq ambulator müalicə üçün evə buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.