Hadisə

Rusiyada yanğında beş nəfərlik azərbaycanlı ailəsi yanaraq ölüb - ADLAR - YENİLƏNİB

24 İyul 2017 14:17
11 Şərh     Baxış: 4 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:17

Rusiyanın Krasnoyarsk diyarının Suxobuzimsk rayonunda yanaraq ölən azərbaycanlı ailə üzvlərinin kimliyi məlum olub.
 
Krasnoyarsk diyarı Azərbaycan Milli Mədəni Muxtariyyətindən APA-ya verilən məlumata görə, ailənin başçısısı Azərbaycan vətəndaşı, 1980-cı il təvəllüdlü İlyasov Vüqar Tahir oğlu, onun ailə üzvləri - 2007-ci il təvəllüdlü İlyasov Həsən Vüqar oğlu, 2011-ci il təvəllüdlü İlyasov Ümid Vüqar oğlu, 2014-cü il təvəllüdlü İlyasov Fərid Vüqar oğlu və 2016-cı il təvəllüdlü İlyasova Xədicə Vüqar qızı yanğının qurbanı olub, 2004-cü il təvəllüdlü İlyasov Hüseyn Vüqar oğlu isə yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
 
Yanğın baş verən vaxt ana evdə olmayıb.
 
Onların meyitləri sabah Azərbaycana göndərilərək Şəmkir rayonunda dəfn olunacaq.
 
İlkin ehtimala görə, yanğın sobadan düşən alovdan baş verib.

----------

11:48

Rusiyanın Krasnoyarsk diyarında baş verən yanğında azərbaycanlı ailə həlak olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, iyulun 24-də yerli vaxtla saat 01.35-də Suxobuzimsk qəsəbəsinin yaxınlığındakı tikilidə yanğın baş verib.
 
Yanğın nəticəsində ailənin başçısı üç oğlu və bir qızı ilə birlikdə yanaraq ölüb.
 
Evin daha bir oğlu isə yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
 
Hadisənin səbəbi araşdırılır.
 
Krasnoyarsk diyarı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədr müavini Ayaz Məmmədov APA-ya bildirib ki, yanğın zamanı ölənlərin hamısı azərbaycanlıdır.
 
Yanğın nəticəsində ailənin başçısı, əslən Tovuz rayonundan olan 37 yaşlı kişi, onun 3, 6 və 10 yaşında üç oğlu, 1 yaşında qızı yanaraq ölüb, 14 yaşında oğlu isə xəstəxanaya yerləşdirilib.
 
Yanğın baş verən vaxt ana evdə olmayıb.
 
Hadisənin səbəbləri, ölənlərin və xəsarət alanın kimliyi müəyyənləşdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.