Hadisə

16 yaşlı gəlin 18 yaşlı ərini güllələdi

23 İyul 2017 11:48
3 Şərh     Baxış: 14 305
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Kahramanmaraş rayonunun Afşin qəsəbəsində 16 yaşlı gəlin T.E. əri Osman Kalenderi güllələyib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, T.E. 4 ay öncə qoşulub qaçdığı Osmanla dini nigahda yaşayıb.

Bir müddət sonra cütlüyün arasında mübahisələr yaranıb və ayrılmaq qərarı alıblar.

Dünən axşam cütlük arasında yenidən mübahisə çıxıb və T.E. ərini silahla vurub. Ağır yaralı halda xəstəxanaya yerləşdirilən Osmanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerindən qaçan 16 yaşlı gəlin başqa bir qəsəbədə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.