Hadisə

Şəkidə maşın xəndəyə düşdü - VİDEO - FOTO

22 İyul 2017 12:20
0 Şərh     Baxış: 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün axşam saat 22:00 radələrində Şəkidə yol qəzası baş verib.

Milli.Az ARB Şəki-yə istinadla xəbər verir ki, hadisə zamanı Abdulkərimov Rəşad Namik oğlu idarə etdiyi 01-BU-826 dövlət nömrə nişanlı Volkswagen markalı avtomobillə M.F.Axundov prospekti ilə hərəkətdə olarkən qəfildən yolda qazılmış xəndəyə düşüb.

Xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı Şəki ŞRPŞ- də araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Qeyd edək qazıntı aparılmış ərazidə heç bir xəbərdarlıq nişanı olmayıb. Qəzanın da bu səbəbdən baş verdiyi ehtimal edilir.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

Şəkidə maşın qazılmış xəndəyə düşdü

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.