Hadisə

Rusiyadan Lapşinin ekstradisiyası ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

21 İyul 2017 15:01
Baxış: 2 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:01

Rusiya Ədliyyə Nazirliyi bloqer Aleksandr Lapşinin müraciəti əsasında onun Rusiyaya verilməsi proseduru ilə məşğul olmağa hazır olduğunu bəyan edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyinin mətbuat katibliyi məlumat yayıb.

"Azərbaycan Respublikasının məhkəmə hökmü qüvvəyə minəndə və Lapşin Rusiyaya verilməklə bağlı müvafiq orqanlara müraciət etsə, 1998-ci il Konvensiyasıya uyğun olaraq, Ədliyyə Nazirliyi Azərbaycanın Ədliyyə Nazirliyi qarşısında onun Rusiyaya verilməsi proseduruna başlayacaq", - deyə məlumatda deyilir.
 
Rusiya Ədliyyə Nazirliyi qeyd edir ki, Konvensiyaya əsasən, məhkum edilənin özü, yaxın qohumları, qanuni nümayəndəsi və vəkili istər Rusiya, istərsə də Azərbaycanın Ədliyyə Nazirliyinə müvafiq müraciət edə bilər. Məhkumun digər ölkəyə verilməsi üçün onun şəxsi razılığı və hökmün qüvvəyə minməsi əsas şərtlər arasındadır.
 
A. Lapşinin hökm ilə bağlı şikayət verib-verməməsi hələlik məlum deyil.

13:55

Azərbaycanda həbs edilərək 3 il azadlıqdan məhrum edimiş Aleksandr Lapşin Rusiyaya ekstradisiyası ilə bağlı müraciət edərsə, RF Ədliyyə Nazirliyi buna təşəbbüs göstərəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, nazirlikdən bəyan ediblər ki, Rusiya vətəndaşı ərizə ilə müraciət edərsə, RF Ədliyyə Nazirliyi Azərbaycan Ədliyyə Nazirliyi qarşısında məhkumun 1998-ci il konvensiyasının müddəalarına uyğun olaraq ekstradisiyası ilə bağlı təşəbbüslə çıxış edəcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Lapşin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.

O, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın ərazisi - Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. A.Lapşin Azərbaycan Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.