Hadisə

Bakıda qadın sərnişin avtobusdan yıxılıb

21 İyul 2017 08:49
0 Şərh     Baxış: 1 486
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Binəqədi rayonu ərazisində sərnişin avtobusdan yerə yıxılıb.

Milli.Az report.az-a istinadən bildirir ki, 1988-ci il təvəllüdlü Məmmədova Fəxriyyə Akif qızı 195 saylı marşut xətti üzrə hərəkət edən avtobus sürücüsünə dayancaqda saxlamasını xahiş edib.

Qadın düşərkən avtobusun qəfil hərəkət etməsi nəticəsində F.Məmmədova avtobusun açıq qapısından yerə yıxılıb. O xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.