Hadisə

Sumqayıt dünyanın ikinci ən çirkli şəhəri elan olundu

17 İyul 2017 16:10
10 Şərh     Baxış: 1 799

Amerikanın Ekoloji Fondu "Blacksmith Institute" dünyanın 10 çirkli şəhərini müəyyənləşdirib. 

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, siyahıda birinci yerdə Ukraynanın Pripyat qəsəbəsidir, hansı ki, bu qəsəbə Çernobılda faciənin baş verdiyi ərazinin yaxınlığında yerləşir. Sumqayıt isə institutun hesabatında ekoloji baxımdan ən çirkli şəhər kimi ikinci yerdə qərarlaşdırılıb.

Siyahıda Rusiyanın Dzerjinsk vilayəti, Çinin Linfin, Tyanjin, Hindistanın Sukinda, Vapi, Zambiyanın Kabve,  Rusiyanın Norilsk şəhərlərinin adı var.

"Postsovet məkanının ən çox çirklənmiş ərazilərdən  Sumqayıtdır. Sovetlər dönəmində Sumqayıtda zavodlar fəaliyyət göstərib, bu zavodlar şəhərin ekoloji vəziyyətinə təsirsiz ötüşməyib. Zavodlar fəaliyyətini dayandırıb, amma hələ də Sumqayıt boz sahəni xatırladır",-institut bildirir.

Xatırladaq ki, ABŞ-ın həmin institututun Sumqayıtı dünyanın ən çirkli şəhərləri siyahısına salması birinci dəfə deyil. Bundan əvvəl təşkilat Sumqayıtı hətta dünyanın ən çirkli şəhəri elan etmişdi.

Bəs bu institutun qənaəti nəyə əsaslanır? Axı son bir neçə ildə Sumqayıtda park və bağlar yaradılıb, böyük bulvar salınıb. Şəhərin ekoloji durumunun yaxşılaşdırılması üçün iri layihələr həyata keçirilib. Amma maraqlıdır ki, hələ də Sumqayıt beynəlxalq təşkilatların hesabatlarda çirkli şəhər kimi siyahıya salınır.

Ekoloq Telman Zeynalov hesabat hazırlanarkən 30 il əvvəlin məlumatlarına istinad edildiyini deyir. "Amerikanın Ekoloji Fondu və bunun kimi digər beynəlxaql qurumlar hesabat hazırlayarkən düzgün qiymətləndirmə aparmır. Həmin məlumat 30 il əvvəl dərc olunub. Zavod və fabriklərin vurduğu ziyanın aradan qaldırılması üçün  ekoloji təmizləmə işləri aparılıb, parklar salınıb. Amma hər il 30 il əvvəl verilmiş məlumatlar dərc edilir", -Zeynalov virtualaz.org saytına açıqlamasında deyib.

Ekoloqun fikrincə, bəziləri Sumqayıtı çirkli şəhər kimi təqdim etməkdə maraqlıdır. "Xarici təşkilatların nümayəndələri vəziyyəti araşdırmaq üçün Azərbaycana gəlirlər. Müəyyən qeyri-hökümət təşkilatları var ki, onları  yalnız xarici təşkilatlardan pul almaq maraqlandırır. Belələri Azərbaycanı düşünmür, hökümətin əleyhinə iş görür. Məhz belə şəxslər xariciləri ən çirkli əraziyə apararaq yanlış fikir formalaşdırırlar. Əcnəbi mütəxəssislər pula mənliyini satan təşkilatlarla deyil, ölkənin tanınmış QHT-ləri ilə əməkdaşlıq edərək real qiymətləndirmə aparmalıdırlar", -Zeynalov söyləyib.

Qeyd etmək lazımdır ki, bu məsələdə Sumqayıt şəhər İcra Hakimiyyətinin də üzərinə məsuliyyət düşür. Çünki şəhərdə son illərdə genişmiqyaslı abadlıq işlərinin aparılmasına, ekoloji ciddi şəkildə vəziyyətin yaxşılaşdırılmasına baxmayaraq şəhərin "qara" imicini yaxşılaşdırmaq üçün tədbirlər görülmür. Hansı ki, şəhər hakimiyyəti bu istiqamətdə ciddi işləməli, beynəlxalq ekoloji fondlarla və yaxından iş aparmalı və QHT-lərlə, KİV-lərlə əməkdaşlığı genişləndirərək Sumqayıtın hələ sovet dövründə formalaşmış imicini dəyişdirməyə nail olmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Aide · 17 İyul 16:2810

    Elbetde 30 il evvele aid ola biler .hazirda belkede bakidanda temizdi.sakit mashin az gozel sheherdi.

    Cavab yaz
    • Anonim
      Esed · 17 İyul 16:4110

      Sumqayıta bu gun baxmaq lazımdır.Kisenin Sumqayıt uçun sumqayıtlılar uçun görmediyi işler bu gun gorulur.Sumqayıt bu gun bir guludtandır.

      Cavab yaz
  • Anonim
    Azər m · 17 İyul 16:4120

    Yəqin bi hesabatın haxırlanmasında ermənilərin əli bar.

    Cavab yaz
  • Anonim
    Z A · 17 İyul 16:5030

    Düz söz deyəni bəyənmirik.

    Cavab yaz
  • Anonim
    Turab · 17 İyul 17:0310

    Bu hesabatı hazırlayanı Sumqayıta devet etmek lazımdır.Bu gun Sumqayıt çox debdebeli yerlere meydan oxuyur.Goresen bu qeder iş harda görulub az muddete.

    Cavab yaz
  • Anonim
    Lamiye · 17 İyul 17:0810

    Buna görə də olsa,əsas odur ki, 2 ci yerdeyik)

    Cavab yaz
  • Anonim
    mm · 17 İyul 18:0510

    maskalayib park tikmekle deyil eee. o zavodlarin tokuntuleri hele de aradan qaldirilmayib, torpaq temizlenmeyib. sadece ustu bezekdi.ele tutublar ki, bizi istemeyenlerin arashdirmasidi, ay ne bilim 30 il qabagin...

    Cavab yaz
  • Anonim
    ad · 17 İyul 18:2201

    Duz deyib heyetimiz butun tozdu. Yeni tikilen binalarin kamazlarinin tozu. Kulek olanda pencereni acmaq olmur

    Cavab yaz
  • Anonim
    DD · 17 İyul 19:1020

    Men Sumqayitda dord il telebe olmusam.her sey cox gozeldi orda.birce Sumqayit Dovlet Universitetinin tarix fakultesinin zamdekani Hemid mullimi cixmaq sertile o seherde menfi hecne yoxdu

    Cavab yaz
  • Anonim
    LADY- L · 18 İyul 02:4111

    O boyda Amerika statistikasini saxta hesab eden yerli mala cekenlerimize bir " alqish" ! Ekologiyasi ter- temiz olan olkenin bu qeder cox xerceng xestesi olmur. Ekologiyamiz berbad veziyyetdedir ki, xerceng xestelerinin statistikasina gore qonshu dovletler arasinda birinci yerdeyik de.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.