Hadisə

Avtomobil divara çırpılıb, xəsarət alanlar var

17 İyul 2017 08:29
0 Şərh     Baxış: 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gecə saatlarında Bakı-Sumqayıt yolunda yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Abşeron rayonu ərazisində, Masazır dairəsinin yaxınlığında qeydə alınıb.

Məlumata görə, ikinci dərəcəli yolla Sumqayıtdan paytaxt istiqamətində hərəkət edən "KİA" markalı mink maşını sürücünün idarəetməni itirməsi nəticəsində yolun sağındakı divara çırpılıb. Nəticədə avtomobildə olan 2 nəfər - 1997-ci il təvəllüdlü Hüseynov Əliş Xaric oğlu və 1996-cı il təvəllüdlü Cumayev Məhəmməd Aslan oğlu xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib. Yaralıların hər ikisinin vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Yol qəzasının təfərrüatlarını Abşeron RPİ-nin istintaqçıları araşdırır. İlkin ehtimala görə, avtoqəzaya yüksək sürət səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.