Hadisə

6 qohum zəhərlənib

17 İyul 2017 00:27
1 Şərh     Baxış: 1 472
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dördü azyaşlı, biri hamilə qadın olmaqla 6 nəfər yaxın qohum zəhərlənmə keçirib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Mingəçevirin "Şəfa" bağ massivində qeydə alınıb. Elə zəhərlənən qohumlar da bu ünvanda yaşayır. İlkin məlumata görə, bir süfrədə qarpız, yemiş, kətə yeyib "Cansu" içən qohumlar ağır zəhərlənmə keçirərək təcili xəstəxanaya çatdırılıb. Zəhərlənən şəxslərdən beş nəfərinin adı məlumdur.

2008-ci il təvəllüdlü Mustafazadə Aytac Sadiiq qızı
2009-cu il təvəllüdlü Mustafazadə Səbinə Sadiq qızı
2010cu il təvəllüdlü Məmmədzadə Vüsalə Vüsal qızı
2013-cü il təvəllüdlü MəmmədzadəUğur Vüsal oğlu
1990-cı il təvəllüdlü Məmmədova Aytən Mismir qızı

Azyaşlıların dördü də uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Aytən Məmmədovaya Təcili yardım şöbəsində gərəkli tibbi yardım göstərilib. Nəslin adı hələ müəyyənləşməmiş gənc hamilə gəlini isə ginekologiya şöbəsinə göndərilib. Əldə olunan məlumata görə, A.Məmmədovanın və hamilə xanımın durumu stabilləşib, uşaqların müalicəsi isə reanimasiya şöbəsində davam edir.

6 nəfərin vəziyyətinin qəfil ağırlaşması ilə bağlı Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkimi İlham Mayılov açıqlama verib.

Xoşagəlməz hadisə qida qəbulundan qaynaqlanıb. Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkimi İlham Mayılov 6 qohumun səhətində yaranan qəfil narahatlığın alimentik mədə pozğunluğu ilə bağlı olduğunu deyib:

"Xoşagəlməz qida qəbulu, kəskin qastrit haqqında danışılan xəstələrdə mədə pozğunluğu yaradıb. Xəstəxanaya gətirilmiş şəxsləri təkrar-təkrar müayinə etmişik və nəticədə bu qənaətə gəmişik ki, bu anladığımız qədərincə zəhərlənmə deyil, mədə pozğunluğudur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.