Hadisə

Azərbaycanda canavarlar kəndə hücum edib

16 İyul 2017 21:00
2 Şərh     Baxış: 1 179

Ağdaş rayonunun Ağzıbir kəndi canavarların hücumuna məruz qalıb. 

Milli.Az report.az-a istinadən bildirir ki, canavarlar gecə saatlarında kənd sakini Taleh Firiddun oğlu İsmayılovun həyətinə daxil olaraq mal-qaraya hücum ediblər. Səs-küyə oyanan ev sahibi yırtıcı heyvanları həyətdən qova bilib. Bundan sonra məlum olub ki, kənd sakinin qoyunlarından üçünü canavarlar parçalayaraq öldürüb. Yırdıcılar digər yeddi baş qoyuna ağır cəsarət yetiriblər.

Yaralı heyvanlara yardım edilərək quduzluq əleyhinə iynələr burulub. Canavarların öldürdüyü heyvanlar Rayon Baytarlıq idarəsinin sahə nümayəndələrinin nəzarəti altında yandırılaraq basdırılıb.

Milli.Az

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Musa. · 16 İyul 21:5610

    Bugün Ağzıbir kəndi iki xəbərlə tanındı. Əvvəl narkotik indisə canavar.

    Cavab yaz
  • Anonim
    Guler · 17 İyul 01:3800

    neybesin heyvanlar onlardada acligdidaa )))) devalvasiya tek insanlar ucun deyilki

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.