Hadisə

Azərbaycanda zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNİB

16 İyul 2017 21:11
0 Şərh     Baxış: 1 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:11

Biləsuvar rayonunda baş verən zəncirvari yol qəzasında xəsarət alanların kimlikləri məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar Biləsuvarda məskunlaşan Cəbrayil rayon sakinləri, hər ikisi 1977-ci təvəllüdlü Ağayev Azər Heydər oğlu və Qafarov Maşallah Məhəmmədəli oğludur.

A.Ağayev açıq kəllə-beyin travması diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti nisbətən yüngül olan M.Qafarov travmatologiya şöbəsində müalicə alır.
 
Faktla bağlı araşdırma aparılır.

---------

19:46

Biləsuvarda zəncirvari yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayon ərazisində avtobus, QAZ-53 markalı yük maşını və minik avtomobili toqquşub.

İlkin məlumata əsasən, yük maşınında olan 2 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.