Hadisə

"Mercedes"lə toqquşan "Niva" aşdı - FOTO

16 İyul 2017 12:25
0 Şərh     Baxış: 734

Bu gün səhər saatlarında Salyan şəhərinin mərkəzində, A.Hüseynov və Ə.Hüseynzadə küçələrinin kəsişməsində iki avtomaşın toqquşub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Salyan şəhər sakininin idarə etdiyi "Mercedes-C" markalı avtomaşınla Neftçala rayon sakininin idarə etdiyi "Niva"nın toqquşması nəticəsində sonuncu idarəetmədən çıxaraq yolun kənarındakı suötürücüsünə düşüb və aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomaşınlar istismara yararsız hala düşüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Virtualaz.org

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.