Hadisə

Azərbaycanda yol qəzasında üç yaşlı uşaq ölüb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB

14 İyul 2017 22:20
0 Şərh     Baxış: 1 828

22:20

Saatlı rayonunda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaranuru kəndində qeydə alınıb.

Soltanabad kənd sakini, 1966-cı il təvəllüdlü Ağayev Əli Sabir oğlunun idarə etdiyi "54 BF 813" dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobil ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü və sərnişinlər - Soltanabad kənd sakinləri, 2006-cı il təvəllüdlü Ağayeva Bahar Əli qızı və Ağayeva Elnarə Əli qızı xəsarət alıblar. Qəza zamanı avtomobildə olan 3 yaşlı Əliyeva Fatimə Əli qızı isə dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır. 

----------

22:06

Saatlı rayonunda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayon ərazisində "VAZ 2106" markalı maşın ağaca çırpılıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində üç yaşlı uşaq ölüb, 3 nəfər xəsarət alıb. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.