Hadisə

Azərbaycanda avtomobil aşıb, 4 nəfər xəsarət alıb - VİDEO - FOTO

14 İyul 2017 08:18
0 Şərh     Baxış: 1 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Goranboy-Tapqaraqoyunlu avtomobil yolunun Naftalanın Qaşaltı kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan "BMV" markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 4 nəfər, Goranboy rayonu Tapqaraqoyunlu kənd sakinləri, 1989-cu il təvəllüdlü Mehrabov İsmayıl Altay oğlu, onun həmkəndliləri, 1990-ci il təvəllüdlü Əmirov Sərxan Müşviq oğlu, 1989-cu il təvəllüdlü İsmayılov Nadir Məmmədqulu oğlu və 1990-cı il təvəllüdlü Əmirov Səxavət Müşviq oğlu müxtəlif bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onlardan İ. Mehrabovun vəziyyəti ağırdır.
 
Faktla bağlı Naftalan şəhər Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda avtomobil aşıb, 4 nəfər xəsarət alıb

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.