Hadisə

Baş həkim: "Ermənilərin yaraladığı qadının bədənində qəlpələr qalıb"

13 İyul 2017 14:35
3 Şərh     Baxış: 1 732

İyulun 4-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan Sərvinaz Quliyevanın sol aşağı ətrafında qəlpələr qalıb.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib.

Onun sözlərinə görə, Horadiz Şəhər Xəstəxanasında müalicə edilən xəstənin həmin nahiyəsində 3-4 xırda qəlpə var.

Hazırkı dövrdə həmin qəlpələrin çıxarılmasını doğru saymayan baş həkim qeyd edib ki, onların xaric edilməsi üçün böyük cərrahi kəsiyin aparılması lazımdır: "İndi buna ehtiyac yoxdur. Xəstə üzərində yerli müalicə aparılır. Lakin narahatlıq olarsa, əməliyyat aparıla bilər. Narahatlıq olmasa, xəstə həmin qəlpələrlə ömrünün sonuna kimi yaşaya bilər".

N.Şükürov qeyd edib ki, xəstənin ağrılası olsa da, vəziyyəti yaxsi qiymətləndirilir.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Serdar · 13 İyul 14:4830

    Hı... əlavə xərc lazımdı ?? Niyə erməni qəlpəsin ömrü boyu daşısın..?

    Cavab yaz
  • Anonim
    Xanim · 13 İyul 15:1210

    Allah şefa versin Oturmuşdu evinde de işi gucu ile meşğul idi indi ağrilar içindedir Allah ermeniye nece bilir ele qenim olsun

    Cavab yaz
  • Anonim
    Leyla · 13 İyul 15:2410

    Allah şefa versin düşmenin qelpeleri Xanimin ayağına deyibse bizim qelpelerimiz düşmenlerimizin mürdar ureklerini para para etsin Allah böyükden de böyükdür inşallah olacaq

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.