Hadisə

Brilliant Dadaşova erməni musiqiçini tərifləməsinə AYDINLIQ GƏTİRDİ

13 İyul 2017 15:04
7 Şərh     Baxış: 6 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Brilliant Dadaşova erməni qarmonçalan Varujan Şahbazyana tərif yağdırması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, B.Dadaşova şəxsi İnstagram səhifəsində paylaşım edərək özünü müdafiə edib və yayılan məlumatları "qara piar" adlandırıb: "Əziz dostlarım, mənə "qara piar" edən "yalançı vətənpərvərləri" qınamayın. Döyüşlərin ən çətin və qızğın vaxtında səngərlərdə, döyüş meydanlarında əsgərlərimizə dəstək çıxışlarımdan yazmayacaqlar ki... Çünki göndərsən bunlar heç biri o döyüş meydanlarına yaxın getməzdir. Sizə gözəl əhval-ruhiyyə arzulayıram".
 
Qeyd edək ki, B.Dadaşova Varujan Şahbazyanının İnstaqramdakı paylaşımlarının altına ürək, əla işarələri qoyduğu üçün qınaq atəşinə tuulub. Məsələ ilə bağlı dünən heç bir açıqlama verməyən xalq artisti bu gün artıq Varujanın paylaşımlarının altındakı şərhlərini silib. Eyni zamanda İnstaqramdakı "brilliant_dadashova" adını dəyişərək "brilliant_dadashova_official" edib. Sənətçi həmin şərhləri istifadə etdiyi profildən yazmadığını göstərməyə çalışıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.