Hadisə

"Ermənilər Şuşa məscidində donuz saxlayırlar"

20 İyun 2017 12:34
5 Şərh     Baxış: 1 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu gün ermənilər Şuşa məscidində donuz saxlayırlar. Başqa dövlətlər ermənilərə kömək edirlər. İslamçılıq budurmu?"

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ümumdünya Qaçqınlar Günü münasibətilə keçirilən tədbirdə bildirib.

Ə.Həsənov qeyd edib ki, yeni salınan Cocuq Mərcanlı kəndində 50 ev tikilsə də, orada yaşamaq üçün 250 nəfər ərizə verib: "Respubliakın cənububdan, şimalından müxtəlif ərazilər daxil olub. Bütün insanlar ora axışmaq istəyir".

Ə.Həsənov bu gün bəzi terminlərin düzgün müəyyənləşdirilmədiyini də açıqlayıb:

"Ümumiyyətlə, ad qoymada da problemlər var. Qaçqın, məcburi köçkün və miqrant. Bunlar da düşünülmüş müəyyən məqamlardır. Yaxud ad qoyublar, özündən asılı olmadan yerdəyişmə. Hesab edirəm ki, burada da hüquqi boşluq var".

Komitə sədri qeyd edib ki, qaçqınlar haqqında beynəlxalq konvensiya olsa da, məcburi köçkünlər haqqında beynəlxalq konvensiya yoxdur:

"Buna görə də məcburi köçkünlərin hüquqlarının qorunması hər hansı beynəlxalq sənədlə tənzimlənmir. Bu boşluqlar bilərəkdən yaradılır. Avropa Parlamenti niyə Azərbaycandakı məcburi köçkün və qaçqınların hüquqlarının qorunması haqqında bəyanat vermir? Bu dərəcədə ədalətsizlik olarmı? Azərbaycan bütün dünyaya hörmətlə yanaşırsa, Azərbaycana da hörmətlə yanaşmaq lazımdır".

Baş nazirin müavini qeyd edib ki, ötən ilin aprel döyüşləri Azərbaycan Ordusunun işğal altındakı bütün torpaqlarımızı işğaldan azad etmək əzmində olduğunu bir daha göstərdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.